İranda ölürülənlərin sayı nə qədər olub?- YENİ RƏQƏMLƏR

İranda ölürülənlərin sayı nə qədər olub?- YENİ RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 günə yaxın davam edən etiraz aksiyalarında öldürülənlərin sayı ilə bağlı yeni iddialar meydana çıxıb.

Tribuna.az xəbər verir ki, bu ölkənin prezidenti  Məsud Pezeşkian dünən xalqa müraciətində konkret rəqəm açıqlayıb.

O bildirib ki, ümumilikdə, etirazlar zamanı 3000 nəfər öldürülüb. Onun 500 nəfərinin hökumət qüvvələrinin əmnəkdaşları olduğunu qeyd edib.

Lakin İran İnsan Haqları Təşkilatı bu rəqəmin reallığı əks etdirmədiyini bəyan edib. Təşkilat müxtəlif şəhərlərdən aldığı məlumatlara əsasən ölənlərin sayının 25 min nəfərə qədər arta biləcəyini qeyd edib.

Bu əsnada bildirək ki, dünən Qorqan və daha bir neçə şəhərdə içi meyidlə dolu yük maşınları aşkarlanıb. Həmin maşınlar şəhərin kənarında müəyyən edilib. Hadisə şahidlərinin məlumatına görə, toplam üç yüz meyid aşkarlanıb və onların şəxsiyyətləri müəyyənləşdirilir.

Fərda Uğur