İranda ölən generalların adları açıqlanıb – SİYAHI

İranda ölən generalların adları açıqlanıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin hücumu nəticəsində ölən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb.

Tribuna.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Ölən şəxslər arasında aşağıdakılar yer alır:

– general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri

– general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini

– general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini

– general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini

– general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri

– general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi

– general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri

Açıqlamada qeyd olunur ki, İran xalqı müqavimət və mövqeyindən geri çəkilməyəcək və ölkənin siyasi-dini xətti davam etdiriləcək.

Sənan Məmmədli