İranda nə qədər etirazçı öldürülüb: 550, yoxsa 5000?

İranda nə qədər etirazçı öldürülüb: 550, yoxsa 5000?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə İrandan gələn görüntülərə əsasən molla rejiminin dinc aksiyaçılara atəş açdığı və bunun nəticəsində çoxlu sayda insanın həlak olduğu bildirilir.

Tribuna.az xəbər verir ki, Avropadakı insan hüququları təşkilatları İranda indiyə qədər 550 nəfərin öldürüldüyünü açıqlayıb.
Lakin bu təşkilatlar həmin rəqəmlərin dəqiq olmadığını, daha çox ola biləcəyini istisna etməyiblər.
İrandan isə ölümlərlə bağlı daha ilginc məlumatlar gəlir. İnstagram üzərindən aparılan araşdırmalar zamanı rəqəmlərin daha dəhşətli ola biləcəyini qeyd edirlər. Hətta bəziləri bu ölümlərin sayının 5000 nəfərdən çox olduğunu iddia edir.
Xatırladaq ki, hələ 2019-cu il etiraz aksiyaları zamanı İranda molla rejiminin 7000 insanı qətlə yetirdiyi bildirilir. Həmin vaxt insan haqları təşkilatları öldürülən şəxslərin kimliklərini belə müəyyən etmişdi.

Fərda Uğur