ABŞ və İsrailin İrana hücumundan sonra Tehran rejimi müxtəlif taktiklara əl ataraq, əhalini öz ətrafında birləşdirməyə çalışır. Tribuna.az xəbər verir ki, həmin taktikalardan biri də tərəfdarlarına hər gecə meydanlara çıxaraq, dəstək aksiyaları keçirməsidir.
Lakin dünəndən durum bir xeyli dəyişib. Belə ki, ABŞ-ın son hücumu zamanı Bəndər Abbas şəhərində yerləşən SEPAH-ın hərbi hissəsi vurulub. Nəticədə, 200-ə yaxın əsgər və zabit öldürülüb. Yüzlərlə yaralının olduğu bildirilir.
Bu hadisə İranda dinc əhalinin qəzəbinə səbəb olub.
Tribuna.az İran mənbələrinə istinadən xəbər verir ki, dünən gecə saatlarına ölkənin əsas iri şəhərlərində müharibə əleyhidarları küçələrə axışıblar. Onlar müharibənin dayandırılmasını, danışıqlara davam edilməsini tələb ediblər.
Ən maraqlı məqam isə Tehran və Məşhəddə yaşanıb. Belə ki, müharibə əlyehidarları öz vəsaitləri hesabına avtobus tutaraq, onları rejimi dəstəkləyən aksiyaçıların yanına gətiriblər. Rejim tərəfdarlarından tələb ediblər ki, əgər onlar həqiqətən də dini lider Əli Xamineyinin qisasını almaq istəyirlərsə, avtobuslara minərək ölkənin cənub əyalətlərinə getsinlər. Çünki hazırda ən ağır durum oradadır və ciddi müharibə gedir.
Hətta bəziləri rejim tərəfdarlarını məcburi şəkildə avtobuslara mindirməyə cəhd göstərib. Bunun ardından isə hökumət tərəfdarları avtobusa minməkdən və Cənuba getməkdən imtina ediblər. Daha sonra isə dağılışaraq, evlərinə gediblər.
Son məlumata görə, bu gün axşam saat 9-da müharibə tərəfdarları yenidən küçəyə çıxacaqlar. Onlar hakimiyyəti dəstəkləyən adamları icarəyə götürdükləri avtobuslara mindirməyə cəhd göstərəcklər.
Fərda Uğur









