İranda müəmmalı partlayışlar: SEPAH-ın gizli anbarı göyə sovruldu

İranda müəmmalı partlayışlar: SEPAH-ın gizli anbarı göyə sovruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-la hərbi toqquşma riski artdığı bir vaxtda İranda müəmmalı partlayışlar müşahidə olunur.

Tribuna.az xəbər verir ki, dünən gecə İranın Pərəndə şəhərində iki güclü partlayış qeydə alınıb.

Yerli mənbələrin xəbərinə görə, partlayış şəhərin kənarındakı SEPAH-a məxsus yeraltı hərbi bazasında baş verib. Partlayışların baş vermə səbəbi məlum deyil. Onun kənardan müdaxilə (raket zərbəsi) və ya daxildə hansısa səbəbdən baş verməsi barədə dəqiq məlumat yoxdur.

Fərda Uğur