İranda istefa mərəkəsi: Vitse prezidentin ərizəsi qəbul edilməyib

İranda istefa mərəkəsi: Vitse prezidentin ərizəsi qəbul edilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsi yazıb. Lakin prezident Məsud Pezeşkian qəbul etməyib.

Tribuna.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın nəzarətində olan “Sobhe-no” qəzeti xəbər yayıb.

Məlumatda deyilir ki, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. “Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri — icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.

Fərda Uğur