Dünən İranda əsas müxalif qüvvə kimi tanınan İslahat Cəbhəsi qapalı toplantı keçirib.
Tribuna.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İclasda bəyanat qəbul edilsə də, təhllükəsizlik qüvvələrinin təkidi və təzyiqi ilə onun yayılmasına icazə verilməyib. Məlumatlara görə, İslahat Cəbhəsi İranın dini lideri Əli Xameneinin istefasınl və keçid şurasının yaradılması tələb etmək fikrindədir.
Xatırladaq ki, İran İslahat Cəbhəsinə bu ölkənin sabiq prezidenti Məhəmməd Xatəmi başçılıq edir. Bu qanadın nümayəndəsi isə Məsud Pezeşkiandır və o, hazırda İranın prezidenti vəzifəsini icra edir.
Fərda Uğur









