İranda hərbçilər rejimə qarşı: Yeni trend nədir?

İranda hərbçilər rejimə qarşı: Yeni trend nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bir neçə gün əvvəl iki hərbçi İranın Tehran şəhərində maraqlı bir aksiya keçiriblər.

Tribuna.az xəbər verir ki, Tehran metrosuna enən hərbçilər İranın hazırkı bayrağını deyil, “Pəhləvi bayrağı”nı qaldırıblar.

Üzərində şir və günəş əksi olan həmin bayraq şah dövründə İran Respublikasının rəsmi atributu olub. Molla rejimi hakimiyyətə gəldikdən sonra həmin bayraqdan imtina edərək, yenisini yaradıblar.

Son günlər baş verən aksiya isə ölkədə həm trendə, həm də molla rejimi üçün ciddi problemə çevrilib. Tribuna.az xəbər verir ki, artıq bir neçə hərbi hissədə yüksək rütbəli zabitlər də prosesə qoşulmağa başlayıblar. Məsələn, İran Hərbi Hava Qüvvələrinin polkovniki İbrahim Ağayi nümayişkəranə şəkildə Pəhləvi bayrağını qaldıraraq, bundan sonra molla rejiminə xidmət etməyəcəyini bəyan edib.

Bunun ardından rejim mənsubları hərbi hissələrdə yoxlamalara start veriblər. Məlumata görə, onlar həmin hərbçilərdə Pəhləvi bayrağının olub, olmamasını araşdırılar.

Fərda Uğur