İranda etirazların ikinci mərhələsinin başlama ehtimalı artır

İranda etirazların ikinci mərhələsinin başlama ehtimalı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda etirazların ikinci mərhələsinin başlama ehtimalı artır.

Tribuna.az xəbər verir ki, universitetlərdən başlayan proses, mərhələli şəkildə cəmiyyətin də rejim əleyhinə çıxışlarının artmasına səbəb olub.
Belə ki, dəfn və anım mərasimlərində iştirak edənlər İrandakı rejim əleyhinə şüarlar səsləndirərək, onların istefasını tələb edirlər.
Ötən gün “Independent Persian” da bununla bağlı maraqlı araşdırma məqalə ilə çıxış edib. Həmin məqalədə qeyd edilir ki, son aksiyaların zorakılıqla yatırılması hakimiyyətə qarşı narazılığı azaltmaq əvəzinə, əksinə, cəmiyyətdə ictimai qəzəbi daha da gücləndirib. İnsanlar həbsdən qorxmayaraq, etirazlarını bildirirlər.

Fərda Uğur