İranda etirazların başlama riski: SEPAH hədələməyə başlayıb

İranda etirazların başlama riski: SEPAH hədələməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda etirazların başlama ehtimalı getdikcə artır.

Tribuna.az xəbər verir ki, artıq Tehranda da bununla bağlı narahatlıqlar baş qaldırıb.

Belə ki, insanlar, həm müharibə, həm də mövcud rejimin hərəkətlərindən bezidklərini açıq şəkildə dilə gətirməyə başlayıblar. Bunun fonunda SEPAH önləyici tədbir olaraq, xalqı hədələməyə başlayıb. Belə ki, sözügedən hərbi təşkilat bəyan edib ki, əgər müharibənin gedişatı fonunda etiraz aksiyaları başlayarsa, əvvəlki aksiyalardan daha sərt addımlar atacaqlar.

Qeyd edək ki, bu iranlıları ilk hədələmə halı deyil. Tribuna.az xəbər verir ki, İranın DİN başçısı Əhmədrza Radan da bir neçə gün əvvəl analoji açıqlama vermişdi. O, aksiya keçirənləri etirazçı yox, düşmən kimi görəcəklərini və düşmənlə necə davranırlarsa, onlara da eynu şəkildə yanaşacaqlarını bildirmişdi.

Birlidək ki, dünən İranın məhkəmə orqanları da başqa bir formada aksiya keçirmək fikrində olanları qorxutmaq üçün addım atıb. Yeni qanuna əsasən məhkəmələrə aksiyada iştirak etmiş şəxslərin mülklərini müsadirə etmək səlahiyyəti verilib.

Fərda Uğur