İranda baş vermiş məlum qətliamdan sonra ara bir qədər sakitləşsə də, proseslərin yenidən qızışması müşahidə olunur.
Tribuna.az xəbər verir ki, molla rejimi repressiyaları dayandırmayıb.
Məsələn, təkcə dünən Qəzvin, Rəşt, Təbriz, Məşhəd və Qorqan şəhərlərində 32 tibb işçisi həbs olunub. Onlar güllələnən şəxslərə tibbi yardım göstərməkdə ittiham olunurlar.
Amma buna paralel olaraq, Şiraz Tibb Universitetinin tələbələri həbs olunan həkimlərə dəstək məqsədi ilə müddətsiz etiraz aksiyalarına başlayıblar. Paralel olaraq, İsfahan və Tehran Tibb Universitetləri də ayağa qalxıblar. Onlar həklimlərin azad edilməsini tələb edirlər.
Fərda Uğur









