İranda etirazlar davam edir: Hərbi vəziyyət işə yarayacaq?

İranda etirazlar davam edir: Hərbi vəziyyət işə yarayacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son qətliamdan sonra etirazların qismən səngidiyi müşahidə olunur. Tribuna.az xəbər verir ki, internet blokadası yaradaraq, məlumatların kənara çıxmamasına çalışan İran rejimi bunun qarşısını ala bilmir.

Dünən qonşu ölkənin bir neçə şəhərində aksiyalar keçirilib. Sarı şəhərində

«Ölüm olsun diktatora!» şüarı səsləndirilib.

Bundan başqa, Xürrəmabad şəhərində hərbi vəziyyət elan edilməsinə rəğmən, insanlar küçələrə çıxıblar. Onlar rejimə etiraz ediblər.

Tehranda da aksiyalar olub. Lakin onlar lokal xarakter daşıyıb.

Yerli ekspertlər bildirirlər ki, Tehran rejiminin hərbi vəziyyət elan etməsinin prosesə təsiri olmayacaq. Onların fikrincə, hadisələrin əsas mərhələsi bundan sonra başlaya bilər.

Bundan başqa, onlar ölənlərin dəfn prosesinin də aksiyaların səngiməsinə səbəb olduğunu bildiriblər. Ekspertlərin qənaətinə görə, dəfn prosesləri yekunlaşdıqdan sonra aksiyaların yenidən start götürməsi ehtimal edilir.

Fərda Uğur