ABŞ-İran savaşı fonunda maraqlı bir neçə məqam ortaya çıxıb.
Tribuna.az xəbər verir ki, söhbət İran rejiminə qarşı silahlı dəstələrdən istifadədən gedir.
Ötən gün “The Wall Street Journal” qəzeti bu barədə yeni bir xəbər paylaşıb. Həmin xəbərə görə, Tramp İran daxilində hökuməti devirmək üçün silah götürməyə hazır olan qrupları dəstəkləməyə hazırdır.
Qeyd edək ki, İran daxilində şah dövrü də daxil olmaqla, molla hakimiyyəti zamanında da silahlı dəstələr olub. Məsələn, Bəlucistan Azadlıq Ordusu, PEJAK, Komili və digərlərini göstərmək olar.
Həmin silahlı qruplaşmaların bu gün də mövcudluğu sirr deyil. Bəs, hazırda Tramp hansı dəstələrə dəstək verə bilər? Tribuna.az bununla bağlı araşdırma aparıb. Araşdırmaya görə, onlardan biri hələ islam inqilabı zamanı böyük təcrübə toplamış, əvvəlcə və molla rejimini ilə birgə hərəkət etsə də, sonradan bir nömrəqli düşmənə çevrilən “Xalq Mücahidlər Hərəkatı”dır. Onların hazırda İranda olduğuna dair məlumatlar var.
İkincisi, Bəlucistandakı “Xalq Müqavimət Təşkilatı”dır. Onlar “Ceyş əl Ədl” və “Bəlucistan Azadlıq Ordusu” kimi silahlı qruplaşmaları özündə birləşdirib. Hazırda xeyli fəaldırlar. Amma daxillərində ixtilaf da mövcuddur.
Üçüncüsü, “Əhvaz Pələngləri” Hərəkatıdır. Onlar əsasən ərəblərin yaşadığı məntəqələrdə nüfuza malikdirlər. Lakin bu təşkilat ərəb məntəqəsinin müstəqilliyini tələb edir.
Dördüncüsü, kürdlərin yaratdıqları və bir neçə təşkilatdan ibarət qruplardır. Onların ən məşhurları PKK-nın bir qolu olan PEJAK və yarımhərbi “Komili” Partiyasıdır. Bundan başqa, həmin qruplaşmaya “Kürdistan Demokrat Partiyası” da daxildir.
Fərda Uğur









