İranda banklara silahlı dəstələr yeridildi

İranda banklara silahlı dəstələr yeridildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən İranın bütün iri banklarının önünə silahlı Bəsic üzvlərinin yerləşdirilməsinə başlanılıb.

Tribuna.az xəbər verir ki, Tehran hökumətinin bu addımı atmasının konkret səbəbi məlum deyil.

Məlumatda bildirilir ki, silahlı qrupların bankalara təhkim edilməsi nağd pul problemi ilə əlaqəli ola bilər. Belə ki, müharibədən sonra İranda kartla ödənişlərdə ciddi problemlər yaranıb. İnternetdən qaynaqlanan problemin çoxalması insanlarda nağd pula təlabatını artırıb. O səbəbdən də əksər İran vətəndaşı bankdan nağd pul çəkməyə çalışıb.

Mühafizənin artırılması isə həmin pulu əldə etmək üçün insanların banklara kütləvi şəkildə axın etməsini önləmək üçün nəzərdə tutula bilər.

Fərda Uğur