İranda ara qarışdı: Nazirə hücum oldu, adamlarına atəş açılıb

İranda ara qarışdı: Nazirə hücum oldu, adamlarına atəş açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 3 gündür etirazlar start götürüb.

Tribuna.az xəbər verir ki, ilk günlər elə də ciddi xarakter almayan proseslər dünən aqressiya ilə müşahidə olunub.

Belə ki, etirazçılar əsasən mühafizəkar qanadın tərəfdarları və SEPAH-a bağlı təşkilatların üzvləri olublar. Onlar İranın ABŞ-la saziş imzalamasına qarşı olduqlarını bəyan ediblər.

Yerli sosial şəbəkələrdə bu aksiyaların SEPAH tərəfindən təşkil edildiyi qeyd edilir. Orada yazılır ki, SEPAH bu sazişin onların maraqlarına cavab vermədiyini əsas tutaraq, onlarla məsləhətləşmədən imzalanmasını qəbul etmədiyi üçün bu addımı atıb.

Gün ərzində Tehran, Məşhəd, Qum və digər şəhərlərdə güclənən etirazlar əsasən İran hökumətinə, xüsusən də parlamentin spikeri Məhəmməd Baqer Qalibafa və xarici işlər naziri Abbas Ərqaçıya yönəlib. Onlar “Qalibaf, Əraqçı istefa, istefa!”, “Amerika ilə anlaşanlara ölüm”, “Ağamızın qanı bəs nə oldu?” kimi şüarlar səsləndiriblər.

Tribuna.az bildirir ki, İran mediası da bu məsələdə iki yerə bölünüb. Məsələn, “İran” və “Həmşəhri” qəzetləri mümkün sazişi diplomatik uğur və strateji qələbə kimi təqdim edirlər. Lakin mühafizəkarlara bağlı “Fars”, “Təsnim” kimi agentliklər bu razılaşmaya kəskin etiraz edirlər.

Gün ərazində gələn xəbərlərdə isə qeyd edilir ki, Tehranda İranın XİN başçısı Abbas Əraqçıya hücum edilib. İşə gedərkən etirazçılar ona hücum edərək, linç etməyə çalışıblar. Lakin mühafizəçilərin müdaxiləsi sayəsində nazir ərazidən uzaqlaşdırılıb.

İşin maraqlı tərəfi odur ki, SEPAH dünən gecə Tehranda küçələrə çıxmış etirazçıları dağıtmağa başlayıb. Hətta bəzi istiqamətlərdə etirazçılara hərbçilər tərəfindən atəşç açıldığına dair xəbərlər yayılıb. İnstgram və digər şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər mövcuddur.

Yerli müşahidəçilər hesab edirlər ki, SEPAH-ın “U” dönüşü etməsi bir neçə məqsədə hesablanıb. Səbəblərdən biri odur ki, əgər küçədəki insanlar çəkilməsəydi ABŞ-la saziş tərəfdarı olan insanlar bu gün küçələrə çıxacaqdılar. Onların rejimi dəstəkləməyən, eləcə də hökuməti təqdir etməyən qüvvələr olduğu vurğulanır. Hətta bununla bağlı böyük şəhərlərdə aksiya üçün hazırlıqların başladığı xəbərləri də yayılıb.

İkinci məqam kimi isə SEPAH-ın ABŞ-la danışıq tərəfdarı olan və bunun üçün ciddi addımlar atan Qalbaf-Əraqçı-Pezeşkian ittifaqına uduzması göstərilir. Qeyd edilir ki, sözügedən hərbi birləşmə vəziyyətdən çıxmaq üçün özünü cəmiyyətə saziş tərəfdarı kimi göstərməyə çalışır.

Fərda Uğur