İranda 20 günə yaxındır etiraz aksiyaları davam edir.
Tribuna.az bildirir ki, internetin kəsilməsi səbəbindən qonşu ölkədən geniş məlumat almaq olmur.
Lakin müxtəlif mənbələrdən gələn xəbərlərdən belə məlum olur ki, aksiyalar dayanmayıb. Hətta ötən gün Tehranda 1 milyona yaxın insanın küçələrə axışaraq, etiraz aksiyası keçirdiyi bildirilir.
Bundan başqa, İranın digər şəhərlərində də aksiyaların keçirildiyinə dair məlumatlar var. Bir çoxlarında lokal xarakter daşıyan bu aksiyaların ən izdihamlısının isə Bəlucistanda qeydə alındığı deyilir. Bildirilir ki, minlərlə bəluc İranda molla rejiminin getməsini tələb ediblər.
O dda vurğulanır ki, Bəlucistan əhalisi cümə günü camaat namazından sonra etirazlara davam eddəcəyini açıqlayıb.
Fərda Uğur









