İranda 84 saatdır internetə çıxış məhdudlaşdırılıb

İranda 84 saatdır internetə çıxış məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ərazisində artıq 84 saatdan çoxdur ki, internetə çıxış mövcud deyil.

Tribuna.az  bu barədə xarici mənbəyə istinadla xəbər verir.

Xatırladaq ki, məhdudiyyətlər yanvarın 8-i axşam saatlarında, etirazçıların İranın bir çox şəhərində silahlı təxribatlar həyata keçirməsindən sonra tətbiq edilib.

İran hakimiyyətinin məlumatına əsasən, həmin gecə baş verən hadisələr nəticəsində 38 hüquq-mühafizə orqanı əməkdaşı və 13 mülki şəxs həlak olub. Dövlət və özəl mülkiyyətə böyük ziyan dəyib, məscidlər, xəstəxanalar və yanğınsöndürmə məntəqələri yandırılıb.

Yanvarın 9-da İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanlarının qərarı ilə məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlərin görüldüyünü açıqlayıb.