İran yeni gizli qrup yaratdı: “Muxtar”ın hədəfləri kimlərdir?

İran yeni gizli qrup yaratdı: “Muxtar”ın hədəfləri kimlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın əsas güc mərkəzi olan SEPAH dini lider Əli Xamineyinin qətlində əli olan şəxsləri cəzalandırmaq üçün yeni qrup yaradıb.

Tribuna.az xəbər verir ki, bu barədə İsraildə fəaliyyət göstərən “Kanal 14” TV məlumat yayıb.

Məlumatda deyilir ki, SEPAH-ın Qüds Qüvvələri “Muxtar” adlı yeni bir bölmə yaradıb. “Qüds Qüvvələri Meksika kartelləri və xaricdəki bəzi iranlılarla əməkdaşlıq edərək, Donald Trampı və digər Amerika rəsmilərini öldürməyi planlaşdırır”.

Qeyd edək ki, “Muxtar” adının təsadüfən seçilmədiyi dəqiqdir. Belə ki, bu ad məşhur Muxtar Səqəfinin adınan götürülüb. Çünki Kərbəla hadisəsindən sonra Muxtar Səqəfi İmam Hüseynin (ə) qisasını almaq üçün qiyam etmişdi və məqsədinə də çatmışdı. Bu səbəbdən də o, tarixdə “Qisas alan” ləqəbini qazanmışdı.

Fərda Uğur