İran yenə “narahat” olub: “Bizdən yan keçən dəhliz çəkilir”

İran yenə “narahat” olub: “Bizdən yan keçən dəhliz çəkilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın rəsmi İRNA Agentliyi ABŞ-ın bölgədəki fəaliyyəti və Xəzər üzərindən yeni dəhliz üçün planları barədə yazıb.

Tribuna.az xəbər verir ki, yazıda qeyd edilir ki, ABŞ Xəzərdə İrandan yan keçən yeni dəhliz formalaşdırmağa çalışır.

Nəşr iddia edir ki, ABŞ senatoru Stiv Deynsin Azərbaycan, Qazaxıstan və Türkmənistana səfəri bu strategiyanın tərkib hissəsidir.

Qeyd edək ki, rəsmi Tehran bundan “narahat” olduğunu da gizlətməyib. Maraqlıdır ki, Zəngəzur üzərindən keçən dəhlizə də qarşı olan İran, hər şeyin onun nəzarətində olmasını istəyir. Cığal uşaq kimi, “hamısı mənimdir” prinsipi ilə hərəkət etməyə çalışır.

Halbuki istər ABŞ, istər Azərbaycanın istənilən formada dəhliz yaratmaq, onun üçün lazım olan infrastrukturu qurmaq və sair hüququlara və haqqa sahibdir. Və bunun üçün İranın maraqlarını, istəklərini və arzularını nəzərə almaq kimi bir öhdəliyi də yoxdur.

Fərda Uğur