Naxçıvana atılan dornlardan sonra “ayaq yalın, başı açıq” hərəkət edərək, Azərbaycanın könlünü almağa çalışan İran ritorikasını dəyişməyə başlayıb.
Tribuna.az xəbər verir ki, müharibədən dərhal sonra lazım olan bütün addımları atan rəsmi Bakıya qarşı Tehranın “buynuz” göstərməsi müşahidə olunur.
Belə ki, İranin XİN başçısı Abbas Əraqçı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla tenelfon danışığında iki ölkə arasında münasibətlərdən, “qardaşlıq” və “dostluq”dan dəm vursa da, yekunda tonu bir qədər qaldırıb. Nazir “İran Azərbaycanı Xəzər dənizinin sahil bölgələrinə hücumlarla bağlı aydın mövqe tutmağa çağırır” sözlərini işlədib.
Qeyd edək ki, İran müharibənin ilk günlərində ciddi problemlərlə üzləşdiyindən çevrəsindəki ölkələrlə mümkün qədər “şirin dillə” danışırdı. İşi çətində olduğu üçün və bir gündə təkcə dini liderini deyil, bir neçə samballı generalını da itirən Tehran, ən azından yaxın qonşularından hər hansı problem istəmirdi. Naxçıvana atılan PUA-lardan sonra Azərbaycanın İrana təpinməsi onların bir qədər də susmasına səbəb oldu.
Lakin müharibənin bir ayı artıq başa çatıb. İranın səsi yenidən ucalmağa başlayıb. Hərçənd müharibənin nə ilə yekunlaşacağı məlum deyil. Amma Əraqçının “aydın mövqe tutun” ritorikası başadüşülən deyil. Bu, amiranə, tələb və təhdid kimi görülən məqama cavab vermək lazım gələcək. Çünki geri çəkildikcə, daha da üstümüzə gəlməyə başlayacaqlar.
Fərda Uğur









