İran XİN təkzib etdi: “ABŞ ilə danışıqlar aparılmır”

İran XİN təkzib etdi: “ABŞ ilə danışıqlar aparılmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqları inkar edib.

Tribuna.az xəbər verir ki, bu barədə İran XİN mətbuat katibi İsmayıl Bəqayi danışıb.

“Hazırda İran və Amerika arasında heç bir danışıq aparılmır. Amma bir şey aydındır: vasitəçilər yolu ilə aldığımız mesajlar onların maksimum və qeyri-məntiqi tələblərini göstərir. Buna görə də iranlılar bu mesajlara böyük şübhə ilə yanaşır”, – Bəqayi qeyd edib.

“Hazırda nəyinsə torpaqlarımızı və suverenliyimizi müdafiə etməyi dayandırmağa imkan verməməsi üçün çalışırıq”, – diplomat vurğulayıb.

Sənan Məmmədli