İran ABŞ-ın hücumu halında əvvəlcədən müəyyən edilmiş hədəfləri vuracağını açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Fars” Agentliyi rəsmi mənbələrə istinadən xəbər yayıb.
Bildirilir ki, Tehranın hərbi qüvvələri 100 faiz hazırlıq vəziyyətindədir. “İrana qarşı təcavüz və ya hər hansı bir hərəkət halında, onlar dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə zərbə endirəcək və ABŞ və İsrailə əvvəlkindən daha sərt dərs verəcəklər”.
Açıqlamada konkret hansı hədəflərdən söhbət getdiyi barədə bilgi verilməyib. Güman edilir ki, onlar əsasən Yaxın Şərq ölkələrini əhatə edəcək.
Fərda Uğur









