İran və ABŞ nə zaman saziş bağlayacaqlar?

İran və ABŞ nə zaman saziş bağlayacaqlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, iyunun 14-də ABŞ və İran 14 bənddən ibarət sazişi imzalamalıydılar.

Tribuna.az xəbər verir ki, dünən proses baş tutmayıb.

İranın XİN sözüçüsü İsmayıl Bəqayi bildirib ki, proses yaxın günlərdə baş tutacaq. Lakin o, konkret vaxt barədə danışmayıb.

Qeyd edək ki,Pakistanın baş naziri Şahbaz Şərif ABŞ və İran arasında iyunun 14-də anlaşma memarandumunun imzalanacağını açıqlamışdı.  Analoji fikirdə olanlardan biri də ABŞ prezidenti Donald Tramp olub. O qeyd edib ki, sənəd əvvəlcə onlayn şəkildə imzalanacaq və bir neçə gündən sonra Cenevrədə üz-üzə imza mərasimi keçiriləcək.

Lakin günün sonuna İsrailin Beyruta hücumu və Hizbullahı hədəfə alması durumu bir qədər dəyişdirib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ atəşkəs rejiminə sadiq deyil və proseslərin qarşısını alacaq gücü yoxdur. O dolayısı ilə bildirib ki, mümkün saziş bu səbəbdən sual altına düşə bilər.

İran prezidenti Məsud Pezeşkian isə bəyan edib ki, ölkəni Ali Təhlükəsizlik Şurası ABŞ-la danışıqların davam etdirilməsi barədə qərar qəbul edib.

Fərda Uğur