İran Ukrayna və Britaniyanı rəsmi hərbi hədəf elan etdi

İran Ukrayna və Britaniyanı rəsmi hərbi hədəf elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti son baş verən hadisələrdən sonra hərbi hədəflərinin sayını artırıb.

Tribuna.az xəbər verir ki, ötən gün Xəzər dənizində İrana məxsus gəminin Ukrayna tərəfindən vurulması Tehranın qəzəbinə səbəb olub.

Belə ki, İran Kiyevi rəsmi olaraq hərbi hədəf elan edib və buna görə cavab verəcəyini bəyan edib.

Lakin Tehran təkcə Ukraynanı deyil, Britaniyanı da özünün hərbi hədəfi elan edib. İran XİN-i bildirib ki, onlara qarşı zərbələrdə iştirak edən Amerika B-1 strateji bombardmançı təyyarələri Britaniyanın Fairford şəhərindəki RAF hərbi bazasından havaya qalxdığından bu ölkə artıq hərbi hədəflərinə çevrilib.

Qeyd edək ki, bundan əvvəl İran Bolqarıstan, Rumınıya və Polşanı da eyni hədəf siyahısına daxil etmişdi.

Fərda Uğur