İran üçün nicat qapısı-Azərbaycan

İran üçün nicat qapısı-Azərbaycan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsraillə müharibə fonunda İran iqtisadiyyatı ciddi böhran keçirir.

Tribuna.az xəbər verir ki, yerli valyuta olan tümən hər gün dollar qarşısında dəyər itirir.

Bundan başqa, bir çox iri zavod və müəssisələr işçiləri ixtisara salmağa başlayıblar. Müharibədən sonra İranın Məşğulluq Fonduna müraciət edən işçilərin sayı ən azı 4 dəfə artıb.

Tribuna.az xəbər verir ki, ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası İran iqtisadiyyatına ciddi təzyiq yaratsa da, Tehran alternativ ticarət marşrutlarını genişləndirir. İran rəsmiləri ölkəyə malların Pakistan, Türkiyə, Ermənistan və Azərbaycan üzərindən daşındığını bildirirlər.

“Khabarfori” nəşri qeyd edir ki, bu marşrutlar iqtisadi çöküşün qarşısını ala bilər. “Lakin daşınma xərclərini və inflyasiyanı artıracaq”.

Fərda Uğur