İran üç ölkəni raketlə vurdu: Müharibənin yeni mərhələsi qapıda

İran üç ölkəni raketlə vurdu: Müharibənin yeni mərhələsi qapıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə SEPAH və İran ordusu İordaniya, Küveyt və Bəhreyndə yerləşən üç ABŞ bazasına raket və pilotsuz təyyarə hücumları təşkil edib.

Tribuna.az xəbər verir ki, məlumatı rəsmi Tehran təsdiqləyib.

SEPAH bununla bağlı yaydığı bəyanatda bildirib ki, ABŞ bu gün səhər tezdən əsassız bəhanələrlə Cask, Sirik və Qeşm bölgələrində bir neçə nöqtəyə hücum edib. “Nəticədə Sirikdə bir rabitə qülləsinə ziyan dəyib və Bəmani bölgəsinin iki su anbarı məhv edilib”.

Hərbi birləşmə bildirib ki, toqquşmalar davam edir. “Əgər təxribatlar davam edərsə, daha ağır cavablar veriləcək”.

Analoji olaraq ABŞ-ın yüksək vəzifəli rəsmisi isə bildirib ki, ilk hücumu İran edib və buna cavab olaraq İran daxilində 20 hədəfə hücum edilib. Mərkəzi Komandanlıq (CENTCOM) qeyd edib ki, İran davam edərsə, onlar da adekvat cavab verəcəklər.

Fərda Uğur