İran Trampın sarayını partladacaqları ilə hədələyir

İran Trampın sarayını partladacaqları ilə hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ABŞ İranla müharibə vəziyyətindədir.

Tribuna.az xəbər verir ki, artıq Cenevrədə keçirilən ikitərəfli görüşdən sonra ritorika bir qədər də sərt şəkil alıb.

ABŞ prezidenti Donald Tramp ötən gün bildirib ki, İranın nüvə sənayesini sıradan çıxarmaq üçün lokal hərbi zərbələr endirə bilərlər.“İrana hücum məsələsini nəzərdən keçirdiyimi deyə bilərəm”.

Bu əsnada məlum olub ki, Pentaqon İrana hücum planını təsdiqləmək üçün Trampa təqdim edib. ABŞ-ın Döyüş Nazirliyi hücuma hazır olduğunu da bildirib.

Qeyd edək ki, İran da ABŞ-a qarşı “dinc oturmur”. Onlar da təhdidlərindən əl çəkmirlər. Ötən gün İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əmir Hayat-Moqaddəm bəyan edib ki, ölkəsi ABŞ-dan çəkinmir. “Müharibə olsa, hətta Trampın öz sarayını da partladacağıq”.

Fərda Uğur