İran Trampın əmlaklarını əsas hədəf etdi: “Vuracağıq”

İran Trampın əmlaklarını əsas hədəf etdi: “Vuracağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminia dünən ABŞ-la bağlı bir neçə ciddi açıqlamalar verib.

Tribuna.az xəbər verir ki, o, “ABŞ əlavə hərbi tədbirlər görəcəyi təqdirdə münaqişə daha geniş coğrafiyaya yayılacaq” deyib.

Onun sözlərinə görə, İran ordusunun imkanlarının və müdafiə potensialının əhəmiyyətli hissəsi hələ nümayiş etdirilməyib.  “İrana hücumlar davam edərsə, ABŞ-a məxsus bütün infrastrukturlar hədəfə alınacaq”.

Lakin maraqlı detal budur ki, İran ordusu ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki mülklərini də özünün əsas hədəfi elan edib. Belə ki, SEPAH bölgədə Tramp və ailəsinə məxsus mülklərin hamısını vuracağını bəyan edib.

Fərda Uğur