İran dövlət kanalında Azərbaycan xalq mahnısı erməni dilində səsləndirilib. Tribuna.az xəbər verir ki, İRİB-də gedən verilişə dəvət olunan İran əsilli erməni Araz Trosyan (Araz Dareh) “Sarı gəlin” mahnısını erməni və fars dillərində oxumaqla yanaşı, həm də erməni mahnısı olduğunu iddia edib.
O, mahnının adını da təhrif erdərək “Sarı Ağçık” kimi təqdim edib.
Xatırladaq ki, Araz Trosyan erməni əsilli iranlı bəstəkardır.
Fərda Uğur









