İran səmasında ABŞ dronları müşahidə edilib

İran səmasında ABŞ dronları müşahidə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, dünən İran hava məkanında Amerikaya məxsus kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyəti müşahidə edilib.

Tribuna.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Sözügedən uçuşların kəşfiyyat xarakteri daşıdığı bildirilib.

Məlumatlar rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. İran və Amerika tərəfi məsələ ilə bağlı açıqlama verməyib.

Hadisə bölgədə gərginliyin artdığı, eləcə də ABŞ–İran münasibətlərinin yenidən diqqət mərkəzinə düşdüyü bir dövrə təsadüf edir.

Dəniz Pənahova