İran saytı: “Azərbaycan Xəzər üzərindən Avropa ilə strateji bağ qurur”

İran saytı: “Azərbaycan Xəzər üzərindən Avropa ilə strateji bağ qurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın son dövrlərdə Qərblə əməkdaşlığı genişləndirməsi Cənubi Qafqazda geoiqtisadi rəqabəti yeni mərhələyə daşıyıb”.

Tribuna.az xəbər verir ki, bu fikirlər Tehranda yayınlanan “Eghtesad-e moaser” saytında dərc edilmiş məqalədəndir.

Sayt yazıb ki, İrəvanın Şərq-Qərb nəqliyyat dəhlizlərində və ABŞ ilə iqtisadi layihələrdə iştirakını artırması ölkəni Atlantik oxuna yaxınlaşdırır və bu proses İranla yanaşı Rusiyanın da regional maraqlarına təsir göstərir.

Qeyd edilir ki, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycanın Liderinin görüşü regional əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır. “Zirvə zamanı nəqliyyat, enerji, investisiya və Orta Dəhlizin inkişafı əsas müzakirə mövzuları sırasında yer alıb”.

Sayt yekunda qeyd edib ki, Azərbaycanın Xəzər dənizi ilə Avropa arasında strateji bağlantı qurur. “Bakı-Tbilisi-Ceyhan boru kəməri mühüm enerji mənbələrindən biridir və bu marşrut bölgənin geoiqtisadi əhəmiyyətini daha da artırır”.

Fərda Uğur