“İranın Azərbaycan ərazisinə, istər strateji Naxçıvan aerportuna və istərsə də mülki əraziyə-təhsil müəssisəsi olan məktəb yaxınlığına dron hücumu ölkənin suveren hüquqlarına, təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməlidir”.
Bunu olkeqezeti.az-a açıqlamasında siyasi şərhçi Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, mühüm hərbi, strateji obyekt olan, böyük iqtisadi və kommunikativ əhəmiyyət kəsb edən Naxçıvan aerportunu zərbə endirəm Bakı ilə əlanəqi kəsməyə cəhddir:
“İranın bu çirkin təxribatını pisləyirik. Bu yaramaz addım bir daha sübut etdi ki, dövlətimizin müstəqilliyi və suverenliyi İranı daim narahat edib. Yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən İran rejimi Azərbaycana qarşı təhlükəli cinayət törədib.
Azərbaycan öz ərazi butovlüyunu yüksək səviyyədə qorumagi bacaran və sülh olkəsidir. İstənilən zaman belə hərbi təcavüzə cavab vermək gücündədir”.
X.Teyyublu bildirib kİ, İran tərəfi bu hərəkətə izah verib üzr istəməlidir. “Tehran unutmamalıdır ki, İran daxilində 40 milyon azərbaycanlı yaşayır. Onların İran daxilində hüquq və azadlıqları tapdalanır.
Lakin Güney Azərbaycan türkləri İranda üç dəfə inqilab etmiş böyük xalqdır. Arazın o tayındakı soydaşlarımızın ürəyi bizimlə döyünür. İran bununla tarixi səhvə yol verdi. Molla rejimi xain hücumları davam etdirsə, cavabı Güneydən alacaq”.
Sənan Məmmədli









