İran rejimi Rəştdə dəhşətli qətliam törədib: DETALLAR

İran rejimi Rəştdə dəhşətli qətliam törədib: DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş vermiş son hadisələrin yeni detalları üzə çıxmaqdadır.

Tribuna.az xəbər verir ki, ötən gün bir neçə saatlıq internet məhdudiyyətinin qaldırılmasından sonra xeyli sayda videogörüntülər paylaşılıb.

Belə ki, 8-9 yanvarda ən dəhşətli hadisələr Məşhəd və talışların kompakt yaşadığı Rəşt şəhərində baş verib. Həmin vaxt Rəşt bazarı etirazların episentri olub. İran molla rejiminə bağlı qüvvələr insanları küçələrdən sıxışdıraraq, onları bazarda sığınmağa məcbur edib. Ardından isə gülləbaran və qətliam başlayıb. Vəziyyət o həddə çatıb ki, təslim olmaq üçün əllərini qaldırıb bazarı tərk etmək istəyənlər də qətlə yetirilib,

Bundan başqa, Rəşt bazarının tamamilə yandırıldığı da məlum olub.

Fərda Uğur