İran rejimi 47 illik qadağanı ləğv etdi: Artıq sərbəstdir

İran rejimi 47 illik qadağanı ləğv etdi: Artıq sərbəstdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı molla rejimi 47 illik qadağasını ləğv edib.

Tribuna.az xəbər verir ki, söhbət şəriət qanunlarına görə, spirtli içkilərin alışı, satışı və istehlakının qadağanın ləğvindən gedir.
Rəsmi qaynaqlara istinadən yayılan xəbərlərdə bildirilir ki, molla rejimi spirtli içkinin sərbəst qəbuluna qoyulan qadağanı ləğv edib. Həmin mənbələr bunu insanların şəxsi həyatlarına qarışmamaq üçün atılan addım kimi qiymətləndiriblər. Və bundan sonra insanların hansı şəkildə yaşamaq məsələsinə qarışmayacaqlarını da bildiriblər.
Hələlik bu məsələ rəsmi fərman və ya sərəncamla təsdiqlənməyib. Güman edilir ki, bununla bağlı yaxın günlərdə konkret qərar veriləcək.
Ekspertlər isə rejimin bu addddımını düşünülmüş planın tərkib hissəsi hesab edirlər. Onlar bildirirlər ki, rejim müharibədən sonra çox ciddi şəkildə zəifləyib və əsas ehtiyat etdiyi məsələ əhalinin ayağa qalxmasıdır. Bu tip qərarlarla həmin narazılığı qismən azaltmaq və vaxt qazanmağa çalışır.

Fərda Uğur