İran PKK-nın İraqdakı düşərgələrini raketlə vurdu

İran PKK-nın İraqdakı düşərgələrini raketlə vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İraqın Süleymaniyyə məntəqəsində yerləşən Zərgveyzlə kəndidə düşərgə qurmuş PKK terror təşkilatının bazalarına raket və dronlarla zərbə endirib.

Tribuna.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, rəsmi Tehran PKK-nın İran Kürdistanında təxribat törədə biləcəyi ehtimalını nəzərə alaraq, bu adımı atıb.

Bu əsnada məlum olub ki, PKK-ya bağlı “Komala Jamtekashan Kürdüstan” partiyasının rəsmilərindən olan Qəzəl Molaei bombardman zamanı ağır yaralanıb.

Fərda Uğur