İranla Ermənistan arasında münasibətlərdə xəfif bir gərginlik yaşanır.
Tribuna.az xəbər verir ki, müharibə başlayandan sonra bu gərginlik müxtəlif formada özünü göstərir.
Erməni mediasının yaydığı xəbərə görə, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami müxtılif vasitələrlə bu ölkənin baş nazirinə mesajlar göndərməyə başlayıb. Əsas məsələ də Ermənistanın İranı dəstəkləmək məsələsində passivlik göstərməsidir. “İranın Ermənistandakı səfirliyi Paşinyan hökumətinə mesaj göndərərk, onların passiv hərəkətlərindən narazılıq edib. Hətta bəzi hökumət nümayəndələrinə Prezident İlham Əliyevin İran səfirliyinə baş çəkməsi zamanı çəkilmiş fotonu göndərərək, Paşinyanın niyə analoji addım atmamasını sual ediblər”.
Fərda Uğur









