İran ordusu və polisində fərarilik artıb: 500 polis həbs olunub

İran ordusu və polisində fərarilik artıb: 500 polis həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda müharibə səbəbindən maraqlı hadisələr yaşanır.

Tribuna.az xəbər verir ki, artıq bu ölkənin hüquq-mühafizə və hərbi strukturlarda ciddi kadr problemi yaşanır.

Məlumatda deyilir ki, SEPAH və polis qüvvələri arasında fərarilik halları artmaqdadır. Qeyd edilir ki, yalnız bir əməliyyat bazasında təxminən 350 nəfər xidmət yerini tərk edib. Bəzi bölmələrdə isə fərarilik və ya işə çıxmama göstəricisinin 90 faizə qədər yüksəldiyi bildirilir.

Bildirilir ki, SEPAH yaranmış kadr çatışmazlığını aradan qaldırmaq üçün təqaüdə çıxmış hərbçilərin yenidən xidmətə çağırır. Habelə, bəzi məhbusların əfv vədi ilə təhlükəsizlik strukturlarına cəlb etməyə çalışır.

Tribuna.az bildirir ki, İran polisində də durum yaxşı deyil. Əksər polis əməkdaşları etiraz edən insanları həbs etməkdən, onlarla toqquşmaqdan imtina edir. Elə bu səbəbdəndir ki, 500 polis əməkdaşı bir həftə ərzində həbs olunub. Onlara qarşı “İsrailə cəsusluq” ittihamı irəli sürülüb.

Fərda Uğur