İran nüvə silahı yolunda: “Uranı 90 faizə qədər zənginləşdirə bilərik”

İran nüvə silahı yolunda: “Uranı 90 faizə qədər zənginləşdirə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran uzun illərdir həyata keçirdiyi nüvə proqramında yeni mərhələyə start verə bilər. Tribuna.az xəbər verir ki, artıq rəsmi Tehran elektrik enerjisi istehsalında istifadə etdiyi nüvə proqramını atom silahı hazırlamaq üçün yönləndirməyi düşünür.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, Tehran uranı 90 faizə qədər zənginləşdirə bilər. Lakin o, bunun hücum olacağı təqdirdə baş verəcəyini qeyd edib. “Ölkəyə qarşı yeni hücum baş verərsə, Tehran uranı 90%-ə qədər zənginləşdirmə variantını nəzərdən keçirə bilər”.

Qeyd edək ki, hazırda İran uranı 60 faizə qədər zənginləşdirməyi bacarıb. Əgər bu artım 90 faizə çatarsa, bu rəsmən atom silahına sahib olmaq deməkdir.

Fərda Uğur