İranın dini lideri Əli Xamineyinin öldürülməsindən sonra yeni rəhbərin seçilməsində fasilə yaranıb. Tribuna.az xəbər verir ki, mövcud konstitusiyaya əsasən əgər dini rəhbər ölərsə və ya öldürülərsə, onun yerinə ən geci üç gün ərazində yeni biri seçilməlidir.
Lakin Xamineyinin öldürülməsindən artıq 8 gün keçir. Lakin yeni rəhbərin kimliyi isə müəyyən olunmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Xamineyinin oğluu Müctəbanın İranın dini lideri seçilməsi barədə xəbər yayılmışdı. Lakin rəsmi dairələr bu xəbəri təkzib etmişdilər.
Bəs, yeni dini rəhbərin seçilməsi niyə yubanır? Tribuna.az bildirir ki, bunun bir neçə səbəb ola bilər. Birincisi, namizədlərin arasında Müctəba Xameneyinin seçilməsi israrlı şəkildə tələb olunur, Hətta SEPAH-ın bununla bağlı ayətullahlara ciddi şəkildə təzyiq etdiyi bildirilir.
Ikincisi, yeni lideri seçəcək “Məclise Xubriqan”da vahid fikir yoxdur və müzakirələr də bu səbəbdən uzanır. Hətta Müctəbaya qarşı olanların da çoxluq təşkil etdiyi vurğulanır.
“Məclise Xubriqan”ın təhlükəsizlik səbəbindən toplaşa bilməməsi isə səbəb sayılmır. Əvvəla indi internet əsridir və ayətullahların canlı şəkildə müzakirələr aparıb, yeni rəhbər seçə bilmələrinə problem yoxdur. Düzdür, bəziləri internetin onlar üçün risk yaradacağını, ABŞ və ya İsrailin onların yerlərini dəqiqləşdirərək, vura biləcəyi qeyd edirlər. Lakin bu elə də ciddi arqument kimi qəbul edilmir.
Fərda Uğur









