İran nəşri: “Müharibənin yenidən başlama ehtimalı azdır”

İran nəşri: “Müharibənin yenidən başlama ehtimalı azdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda nəşr olunan “Ettelaat” qəzeti Vaşinqton və Tehran arasında 14 bəndlik anlaşma memorandumunun hansı sennarilərə əsasən davam edib, etməyəcəyini araşdırıb.

Tribuna.az xəbər verir ki, nəşr bu anlaşmanın yekun razılaşma üçün olmadığını vurğulayıb.

Qəzetin birinci sennarisinə əsasən  gərginliyi idarə etmək və vaxt qazanmaq üçün danışıqların uzadılması ehtimalı 50 faizdir. İkinci seennari isə 30-40 faiz anlaşmanın pozulması və məhdud gərginliyə qayıtma ehtimalını özündə ehtiva edir. Lakin nəşr tammiqyaslı müharibənin ən az ehtimal olunan variant olduğunu qeyd edir. Və üçüncü ssenariyə görə, yekun razılığa gəlmə ehtimalı 20 faizdən azdır.

Fərda Uğur