İran mediasında Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir.
Tribuna.az xəbər verir ki, əsasən iki ölkə arasında münasibətlər yaxşılaşan ərəfədə belə halların müşahidə edilməsi təəccüblüdür.
Çünki Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra pisləşən münasibətlər, artıq sağlamlaşmağa başlayıb. Lakin Tehrandakı bəzi qüvvələrin ara vurmaq cəhdləri də intensivləşib.
Dünın “Rasa News” saytı iddia edib ki, guya, İsrailin Azərbaycanda hərbi bazası var. “İsrailin Azərbaycandakı hərbi mövcudluğu, Təl-Əvivin İrana qarşı kəşfiyyat və dron əməliyyatları üçün Azərbaycanın quru, hava və dəniz bazalarından istifadə etməsi ilə müşahidə olunur. İrana qarşı son hücumlarda Bakının rolu İsrailin İrana qarşı hərbi təcavüzü zamanı ivrit mediasının dərc etdiyi dəlillər göstərir ki, Azərbaycan artıq əməliyyatdan xəbərdar idi və infrastrukturunu isə Təl-Əvivin ixtiyarına veribmiş”.
Fərda Uğur









