İran Küveytlə sərhəddə qoşun yığır: Səbəb nədir?

İran Küveytlə sərhəddə qoşun yığır: Səbəb nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən İran Müdafiə Nazirliyi tabelyində olan hərbi texnikaların bir qismini Küveytlə sərhəddə yığımağa başlayıb.

Tribuna.az xəbər verir ki, bununla bağlı videogörüntülər də sosial şəbəkələrdə yayılıb.

Tehranın belə bir addım atmasının iki əsas səbəbi ola bilər. Ekspertlərin qənaətinə görə, biirincisi, İran Hörmüz boğazını keçərək, Küveytə qarşı quru əməliyyatına hazırlaşır. Bu bir qədər riskli məsələdir. Lakin mümkün versiyalardan hesab olunur. Çünki İran dəfələrlə Küveyti xəbərdar edərək, ABŞ bazlarını oradan çıxarmasını tələb edib.

İkincisi isə İran Küveyt istiqamətindən ABŞ-ın quru əməliyyatına hazırlaşdığını güman edərək, indidən hazırlıq görür. Hələlik ABŞ tərəfi quru əməliyyatlarına başlamaq fikrində olmadığını qeyd edib. Lakin Ağ Ev belə bir addım ata biləcəyini də istisna etməyib.

Fərda Uğur