İran konsulu: “Zəngəzur dəhlizindən narahatlığımız yoxdur”

İran konsulu: “Zəngəzur dəhlizindən narahatlığımız yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Zəngəzur dəhlizi ilə bağlı ritorikasında müəyyən dəyişiklik müşahidə olunur. Tribuna.az xəbər verir ki, xüsusən də bu ölkənin Ermənistandakı diplomatik korpusunun nümayəndələri keçmiş səfir Mehdi Sübhanidən fərqli danışmağa başlayıblar.

Belə ki, İranın Qafandakı konsulu Mürtəza Abedin Vəramin bəyan edib ki, Zəngəzur dəhlizi məsələsi onlar üçün narahatlıq mənbəyi deyil. “İranın TRIPP ilə bağlı heç bir narahatlığı yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl İranın XİN başçısı Abbas Əraqçı da Zəngəzur dəhlizi məsələsindən narahat olmadıqlarını bildirmişdi. O demişdi ki, bununla bağlı onlara təminat verilib. “Bizə təminat verilib ki, Zəngəzur dəhlizi məsələsi İrana hər hansı problem yaratmayacaq”.

Fərda Uğur