İsrail ordusu İrandan raket atıldığını açıqlayıb.
Tribuna.az “LeFigaro.fr”ə istinadla xəbər verir ki, Yerusəlimdə ən azı səkkiz partlayış eşidilib.
Məlumata görə, qısa müddət əvvəl İsrail ordusu İrandan İsrail Dövlətinin ərazisinə raket atıldığını müəyyən edib. Müdafiə sistemləri təhlükəni dəf etmək üçün hərəkətə keçib.
Heç bir itki qeydə alınmadığı bildirilir.
Qeyd edək ki, İsrail ordusu bir müddət əvvəl Husi üsyançılarının İranı dəstəklədiyi Yəməndən raket atıldığını aşkar etdiyini bildirib. Gecə ərzində İsrail ordusu İranın İsrail ərazisinə raket atmasından sonra qərbi və mərkəzi İrandakı hərbi hədəflərə hava hücumları həyata keçirdiyini açıqlayıb.









