İran-İsrail savaşı yenidən başladı: ABŞ geri çəkildi

İran-İsrail savaşı yenidən başladı: ABŞ geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə saatlarından etibarən İran İsrailə 10-a yaxın ballistik raket atıb. Tribuna.az xəbər verir ki, rəsmi Tehran bu addımını İsrailin Livana hücumları ilə əlaqələndirib.

Belə ki, İran İsrailin hücumlarına cavab olaraq, Təl Əvivə zərbə endirdiyini bəyan edib.

Bu hücumlardan sonra İsrail Havadan Müdafiə Qüvvələri atılan raketlərin böyük hissəsini havada zərərsizləşdirib. Ardından isə İrana hücumlara start verib. Son məlumatlara görə, İsrail aviasiyası Təbriz, Tehran və İsfahandakı bir neçə strateji obyektə raket zərbəsi endirib. Əsas hədəflərdən biri isə Tehranın Mehrabad hava limanı olub.

Qeyd edək ki, ABŞ İsrailin hücum etməməsi üçün Təl Əvivlə danışıq aparıb. Bu səhər həmin məqsədlə Donald Tramp Benyamin Netenyahu ilə telefonla danışıb.

Tramp açıqlamasında deyib ki, onlar İrana hücum prosesində iştirak etməyəcəklər.  ABŞ prezidenti həmçinin İrana da müraciət edib. “Raketlərinizi atdınız. İndi sakitləşin və danışıqlar masasına əyləşin”.

İsrail isə bəyan edib ki, ABŞ-ın nə deməsindən asılı olmayaraq, İrana cavab verəcəklər.

Bu əsnada, SEPAH bütün hərbi birliklərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Onlar mümkün hücumlar üçün bu addımları atdıqlarını bildiriblər.

Fərda Uğur