“İran “İŞİD-Xorasan” terror təşkilatından Azərbaycana qarşı istifadə edə bilər”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə məşhur “National Interest” nəşri çıxış edib.
Qəzet yazıb ki, Bakıda bu yaxınlarda İsrail səfirliyini hücum edərkən saxlanılan şəxslərin də bu qruplaşma ilə sıx əlaqəsinin olduğu deyilir. “Həmin hücumu təşkil etməkdə şübhəli bilinən şəxslərin 2024-cü ildə Moskvadakı Crocus City Hall terroru ilə əlaqəli qrupla bağlantıları var və bu, İŞİD-Xorasan izini gücləndirir”.
“National İnterest” qeyd edib ki, İran əvvəllər Azərbaycanı sabitsizləşdirmək üçün şiə yönlü qruplardan istifadə etməyə çalışsa da, son vaxtlar Pakistan-Əfqanıstan sərhədində təlim keçmiş və “İŞİD-Xorasan”la bağlı sünni ekstremistləri ön plana çıxarır. “Zəifləmiş İran daha təhlükəli ola bilər. Vaşinqton Azərbaycanla təhlükəsizlik əməkdaşlığını genişləndirməli, sərhəd nəzarətini gücləndirməlidir”.
Fərda Uğur









