“İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

“İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran ABŞ-İsrail hücumuna qədər ABŞ ilə danışıqları davam etdirməyə hazır olub və bu proses müəyyən qədər uğurla irəliləyib”.

Tribuna.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, Tehran danışıqlara hazır olduğunu təkcə bəyanatlarla deyil, real addımlarla da təsdiqləyib: “İran hərbi əməliyyatlar başlayanadək danışıqların davam etdirilməsində maraqlı olub. Bu faktlar həm Rusiyaya, həm də beynəlxalq ictimaiyyətə məlumdur”, – deyə Kremlin sözçüsü bildirib.