İran Hörmüzdə gəmiyə hücum etdi

İran Hörmüzdə gəmiyə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rejiminin əsas dayağı olan SEPAH-a məxsus hərbi katerlər bu gün səhər saatlarında ticarət gəmilərindən birinə hücum edib.

Tribuna.az xəbər verir ki, hadisə Omanın 15 dəniz mili şimal-şərqində baş verib.

Hərbi katerlər xəbərdarlıq etədən konteyner gəmisinə yaxınlaşaraq, ona atəş açıb. Britaniya Kral Donanmasının Beynəlxalq Ticarət Gəmiçiliyi Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, atışma zamanı gəminin yalnız körpüsü zədələnib.

Gəmidə yanğın baş verməyib və heyət üzvləri xəsarət almayıb.

Fərda Uğur