ABŞ-la İran arasında hərbi ritorik qarşıdurma davam edir.
Tribuna.az xəbər verir ki, tərəflər bir-birilərini təhdid etməkdə bir addım geri çəkilmirlər.
Ötən gün ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla yaxşı bir anlaşma əldə etməyə çalışır. O qeyd edib ki, hücum məsələsi ilə bağlı qərara masadadır. Amma bir qədər də gözləyəcəklər.
İranın dini lideri Əli Xamineyi isə son açıqlamasında ABŞ-ın hücumu baş verərsə, bunun regional müharibəyə çevriləcəyini bəyan edib. O, ABŞ-dan qorxmadıqlarını və adekvat cavab verəcəklərini də vurğulayıb.
Bu əsnada, İran mülki aviasiya qurumu ölkənin hava məkanının bir hissəsini bağladığını elan edib. Semnan vilayətində artıq bütün uçuşların dayanddırıldığı bildirilir. Bunun bölgədə hərbi təlimlərin keçirilməsi ilə əlaqəli olduğu deyilir.
Lakin Tehran başqa addımlar da atmağı planlaşdırır. Tribuna.az xəbər verir ki, İran tərəfi ABŞ-ın hücumu baş verərsə, Hörmüz boğazını bağlaya bilərlər. Tehran parlamenti bununla bağlı müzakirələrin olduğunu və yekun qərarın isə Ali Təhlükəsizlik Şurasının verəcəyini açıqlayıb.
Qeyd edək ki, Hörmüz boğazı dünyanın “neft arteriyası” sayılır. Hazırda ddünyanın neftə olan təlabatının 20 faizi, maye qaza olan təlabatının isə 30 faiz bu boğazdan daşınır.
Onu da bildirək ki, İran bu addımı atarsa, neftin qiyməti sürətlə bahalaşacaq. Bəzi ekspertlərin fikrincə, əgər bu hal baş verərsə, neftin qiyməti bir barrel üçün 150 dollara qədər yüksələ bilər.
Fərda Uğur









