İranda uzun zamandır müzakirə mövzusu, habelə ciddi problem olan Urmiyə gölünün quruması ilə bağlı rəsmi qurumların addım atmayacağı məlum olub.
Tribuinainfo.az xəbər verir ki, artıq başlayan yeni il büdcəsi müzakirələrində bununla bağlı hər hansı bənd qeydə alınmayıb.
“Mehr” Agentliyi bununla bağlı yazıb ki, Urmiya gölünün 40 milyon kubmetrdən az suyu qalıb. Lakin Agentlik gölün bərpası üçün hökumətin hər hansı addım atmayacağını qeyd edib. Və ardından yazıb: “Hökumət gölün bərpası üçün büdcədən 1 rial belə pul ayırmayıb. Hətta bundan imtina edib”.
Fərda Uğur









